“Dağlıq Qarabağda həm Yerevan, həm də Bakının maraqlarını nəzərə alan nizamlanma üçün yeni şərait yaranır”.
FED.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin deyib.
Eləcə də bax: “Bəyanatın pozulmasının bir alternativi var – Müharibə” - Putin
“Vəziyyət ümumilikdə sabitləşir. Rusiya sülhməramlı kontingenti atəşkəsə əməl olunmasına nəzarət edir, mülki şəxslərin təhlükəsizliyini təmin edir, evlərinə qayıdan qaçqınları və humanitar yükləri müşayiət edir”, - o əlavə edib. (Report)