2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın məbləği məlum olub.
Baş nazir obyektlərin təmiri ilə bağlı sərəncam imzaladı - BU QURUMA HƏVALƏ EDİLDİ
FED.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov məlumat verib.
İ. Məmmədov bildirib ki, ümumilikdə dəymiş ziyanın məbləği təxminən 91 milyon manatdır:
“Nəqliyyat vasitələri üzrə dəymiş ziyan 400 min manat,
kənd təsərrüfatı üzrə (mal-qara, texnika və s.) 1 milyon 311 min manat,
sahibkarlıq subyektləri üzrə (avadanlıq, alət) 2 milyon 500 min manat,
Tərtər Pambıq zavoduna 3 milyon 524,6 min manat,
infrastruktur üzrə (avtomobil yolları, poçt, rabitə, elektrik, qaz və su təchizatı, informasiya təminatı) 27 milyon 410 min manat,
fərdi yaşayış, çoxmənzilli evlər və digər tikililərin təmir-bərpası üzrə 19 milyon 200 min manat və s. zərərlər qiymətləndirilib”.
Qeyd edək ki, prezident İlham Əliyev, noyabrın 6-da “2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılması ilə bağlı tədbirlər haqqında” sərəncam imzalayıb.
Azad olunan ərazilərdə bərpa işlərinə - Bu Şəhərdən Başlanacaq
Sərəncama əsasən, dəymiş ziyanın qiymətləndirilməsini və aradan qaldırılmasını təmin etmək məqsədilə Baş nazir Əli Əsədovun sədrliyi ilə Dövlət Komissiyası yaradılıb.
Dövlət Komissiyasına dəymiş ziyanın qiymətləndirilməsini iki ay müddətində təmin edib dövlət başçısına məlumat vermək tapşırılmışdı.