Rusiya-Ermənistan-Azərbaycan üçtərəfli bəyanatını reallıq kimi qəbul etmək və müharibənin bitməsi ilə barışmaq lazımdır, artıq qurbanlar olmayacaq.
Eləcə də bax: Ohanyan məğlubiyyətdə - Paşinyanı Təqsirləndirdi
FED.az xəbər verir ki, erməni KİV-lərinin məlumatına görə, bu barədə ölkənin sabiq prezidenti Levon Ter-Petrosyanın rəhbərlik etdiyi Erməni Milli Konqresinin bəyanatında deyilir.
Bəyanatda qeyd olunur ki, razılaşmanın icrası və Qarabağ məsələsinin yekun həlli yaxın gələcəyin işidir və Ermənistan buna ciddi şəkildə hazır olmalıdır:
"İndi çalışmaq lazımdır ki, ölkədə vətəndaş müharibəsinin qarşısı alınsın". (Trend)