Gələn ilin birinci rübündə Şuşada 90 çarpayılıq xəstəxana istifadəyə veriləcək.
Prezident Füzuli şəhərində 653 mənzillik yaşayış kompleksinin təməlini qoyub - FOTO
FED.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov "Müasir Şəhərsalmada enerji effektivliyinin əhəmiyyəti - Şuşa modeli" adlı sessiyada bildirib.
O qeyd edib ki, Şuşada su, qaz, elektrik şəbəkələri müasir tələblərə uyğun qurulur. Bundan başqa, Şuşadakı 15 tarixi abidənin bərpası prosesi başa çatıb. “ASAN xidmət”in fəaliyyət göstərəcəyi binanın bərpası işinin böyük hissəsi isə tamamlanıb.
A.Kərimov bildirib ki, Şuşada çox sayda otel və ticarət mərkəzinin tikintisi işi aparılır. Paralel olaraq şəhərin qədimliyi nəzərə alınmaqla, bərpa işləri xüsusi dəqiqliklə görülür. (Azərtac)