Cəbrayıl rayonunun Horovlu kəndinin bərpa və yenidən qurulması zamanı yaranan tikinti-söküntü tullantılarının təkrar emalına başlanılıb.
Ağdamda işğal dövründəki tikinti-söküntü tullantıları təkrar emal edilərək istifadə olunacaq
FED.az xəbər verir ki, bu barədə Şərqi Zəngəzur 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidmətindən məlumat verilib.
bu məqsədlə rayon ərazisində tikinti-söküntü tullantılarının təkrar emal edən avadanlıqlar quraşdırılıb.
Təkrar emal nəticəsində tikintidə istifadə edilə bilən materiallar əldə olunur. Bu materiallardan inşaat zamanı yol yataqlarında, beton işlərində, alt dolğu işlərində səmərəli istifadə ediləcək.
Bu yanaşma tullantıların poliqona aparılmadan emalı üçün imkan yaradır. Həmçinin, təbii ehtiyatların səmərəli istifadəsinə və ətraf mühitə mənfi təsirinin azaldılmasına töhfə verir.
Bundan başqa, təkrar emal vasitəsilə maliyyə vəsaitlərinə də qənaət ediləcək.