İşğaldan azad edilmiş Ağdam şəhərinin mərkəzində dekabrın 24-də 2 yeni yaşayış kompleksinin təməli qoyulub.
Ağdamda abadlıq işləri bu şirkətə - HƏVALƏ EDİLDİ
FED.az xəbər verir ki, təməlqoyma mərasimlərində prezident İlham Əliyev xanımı Mehriban Əliyeva ilə iştirak edib. Yeni komplekslər Ağdam şəhərində inşa ediləcək 4-cü və 5-ci komplekslər olacaq.
"2026-cı ilin sonunadək Ağdam və Füzuli şəhərləri ilə yanaşı, 22 kənd də bərpa olunacaq"
14 hektar ərazidə salınan 4-cü kompleksdə ümumi sahəsi 137 min kvadratmetr təşkil edən 1080 mənzil olacaq. Onlarlan 36-sı birotaqlı, 363-ü ikiotaqlı, 484-ü üçotaqlı, 197-si dördotaqlı olacaq.
Gələn il Ağdam Sənaye Parkının daha bir rezidenti - FƏALİYYƏTƏ BAŞLAYACAQ
Ümumi sahəsi 12 hektar olan 5-ci yaşayış kompleksində isə 1115 mənzil olacaq. Mənzillərdən 25-i birotaqlı, 314-ü ikiotaqlı, 552-i üçotaqlı, 224-ü isə dördotaqlı olacaq.
Prezidentə bildirilib ki, binaların tikintisində istiliyi saxlayan təbii materiallardan istifadə olunacaq. Binalar daimi su, elektrik enerjisi və yüksəksürətli internet ilə təmin ediləcək. İstilik və isti su təchizatı mərkəzi qazanxana sistemi ilə həyata keçiriləcək.
Komplekslərdə idman meydançaları, istirahət guşələri, velosiped dayanacaqları və digər zəruri infrastruktur obyektləri yaradılacaq.
Elşad Nuriyev: “Gələn il Ağdam Sənaye Parkında 5 müəssisə fəaliyyətə başlayacaq”