2024-cü ildə Ağdam Sənaye Parkında 5 müəssisə fəaliyyətə başlayacaq.
Hacıqabul Sənaye Məhəlləsində yeni müəssisə - 1500 YENİ İŞ YERİ AÇILIR
FED.az xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyinin İqtisadi Zonaların İnkişafı Agentliyinin sədri Elşad Nuriyev deyib.
"Bu müəssisələr beton tikinti məmulatları, tikinti materiallarının korpuslarını və sair məhsul istehsalı sahəsində ixtisaslaşıblar",- deyə, o qeyd edib.
Xatırladaq ki, indiyə qədər Ağdam Sənaye Parkına 12 milyon manata yaxın investisiya yatırılıb. Parkın 19 rezidenti, 6 qeyri-rezidenti var. Bu investorlar Parka 176 milyon manatdan çox pul qoymağı, 1600-dən çox daimi iş yeri yaratmağı planlaşdırır. Parkda inşası davam edən ilk müəssisənin gələn il fəaliyyətə başlaması gözlənilir. (Report)