İnzibati Xətalar Məcəlləsində fiziki şəxslərin avtonəqliyyat vasitələrini xaricə aparıb iki il müddətində ölkəyə geri qaytarmaq tələbinin ləğv edilməsi təklif edilir.
FED.az xəbər verir ki, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik ediləcək. Bu barədə jurnalistlərə məlumat verən Dövlət Gömrük Komitəsinin gömrük tariflərinin tənzimlənməsi və ödənişlər baş idarəsinin rəisi, gömrük xidməti general-mayoru Mirqasım Vahabov qeyd edib ki, məcəlləyə dəyişiklik bu il müddətində aparılacaq: " İnzibati Xətalat məcəlləsində bununla bağlı iki il müddət nəzərdə tutulub. Qeyd edim ki, bu gün Azərbaycanda 1 milyondan çox avtonəqliyyat vasitəsi var. İnsanlara daha sərbəst yaşam və hərəkət imkanı yaratmaq lazımdır. Bu məsələ geniş müzakirə mövzusu oldu. Məsələn, əgər maşının dəyəri 50 min manatdırsa, niyə də 50-100 faiz cərimə ödənilməlidir? Bu faizlərlə əlavə maşın almaq olar. İnzibati Xətalar Məcəlləsinə ediləcək yeni təkliflərdə isə bu müddətsiz olacaq".
Eləcə də bax: Gürcüstandan vurulmuş, əzilmiş, hava yastıqları açılan avtomobillər gətirilir - MÜSAHİBƏ