Tanınmış sığprta agenti Şahin İsmaylov AXA MBASK sığorta şirkətini tərk edib. FED.az xəbər verir ki, Ş.İsmayılov özü bu barədə facebook profilində paylaşım edib.
Ş.İsmayılov həmçinin AXA MBASK şirkətinin Azərbaycan sığorta bazarıdan çıxmasına, ümumiyyətlə şirkətin bağlanmasına da işarə edib.
"Çox təəssüf hissi ilə bildirirəm ki, bizlərdən asılı olmayan səbəblərdən, AXA MBASK Sigorta Şirkəti ilə əməkdaşlığı dayandırmaq məcburiyyəti qarşısında qaldım. AXA MBASK bir məktəb idi. Azərbaycan Sigorta bazarı AXA MBASK simasında ən böyük itkisini verdi. Ancaq bir sevindirici halı diqqətinizə çatdırım. AXA MBASK məktəbinin yetirmələri, yenə də sığorta bazarının aktiv iştirakçıları olaraq öz fəaliyyətlərini davam etdirəcəklər.
Mobil Sığprta Xidməti avtomobilimin üzərindəki reklam yenilənəcək. Orada məni və müştərilərimi qane edən, AXA MBASK Sigorta şirkəti kimi, müştəri məmnunluğunu əsas götürən bir şirkətin loqosu yazılacaq. Yeni şirkətdə fəaliyyətim yenə də müştərilərimin bütün sığorta problemlərini qısa zamanda həll etmək prinsipi üzərində qurulacaq. AXA MBASK məktəbinin davamçılarına uğurlar arzulayıram".
Qeyd edək ki, etibarlı mənbələrdən FED.az-a daxil olan məlumata görə, cari ilin fevral ayının 1-dən etibarən AXA MBASK-la əməkdaşlıq edən bütün sığorta agentlərinin "user"ləri bağlanacaq.
Tanınmış agent "AXA MBASK"ı tərk etdi
01:33
30 Yan 2019