"Ödəniş sistemlərinin iştirakçılarının əməliyyatlarla bağlı risklərin qarşısının alınması və müəyyən edilməsi üçün müvafiq mexanizmlər tətbiq etməsi, bu mexanizmləri davamlı olaraq təkmilləşdirməsi və monitorinq aparması olduqca vacibdir".
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu sözləri Mərkəzi Bankın Ödəniş Sistemləri və Məhsulların İnkişafı Departamentinin direktoru Əfqan Abbasov Bakıda keçirilən "Rəqəmsal Maliyyə Ekosistemi" İdarəetmədə Yeni Mərhələ adlı tədbirdə deyib.
Direktor qeyd edib ki, əvvəllər bu proseslər oflayn qaydada həyata keçirilirdisə, hazırda monitorinqin onlayn rejimdə və 24/7 əsasda aparılması xüsusi əhəmiyyət daşıyır:
"Müvafiq təlimatda da bu istiqamətdə müəyyən tələblər nəzərdə tutulub. Həmin minimum tələblərin sistem iştirakçıları tərəfindən təmin edilməsi prioritet məsələ olmalıdır".













