Azərbaycanda işçinin ixtisara düşməsi və ya müəssisənin ləğvi səbəbindən işini itirməsi bəzi sığorta məhsulları çərçivəsində ödəniş üçün əsas ola bilər.
Təcili: İşdən çıxma ehtimalı yüksək olan işçilər kredit götürəndə daha çox sığorta haqqı - ÖDƏYƏCƏK
FED.az xəbər verir ki, bunu Mərkəzi Bankın Sığorta vasitəçilərinə nəzarət şöbəsinin rəisi Ramin Cəfərov “Sığorta sektorunun maliyyə dayanıqlığında rolu” təlimində deyib.
Onun sözlərinə görə, sığorta ödənişinin verilməsi əmək müqaviləsinə hansı əsasla xitam verilməsindən və sığorta müqaviləsinin şərtlərindən asılıdır. İxtisar və ya müəssisənin ləğvi ilə əlaqədar işin itirilməsi sığorta təminatına daxil edilə bilər, işçinin öz ərizəsi ilə işdən ayrılması isə təminata daxil edilməyə bilər.
R.Cəfərov qeyd edib ki, hazırda Azərbaycanda qeyri-həyat sığortası çərçivəsində bu tip məhsulları təqdim edən bir-iki şirkət fəaliyyət göstərir. O, vətəndaşlara müqavilə bağlamazdan əvvəl sığorta təminatının əhatə dairəsini və istisnaları dəqiqləşdirməyi tövsiyə edib. (Azərtac)















