Ölkənin aparıcı sığorta şirkətlərindən olan “Atəşgah Sığorta Şirkət” ASC bu ilin üçüncü rübünə olan maliyyə vəziyyətini açıqlayıb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, cari ilin yanvar-sentyabr aylarında şirkətin gəlirləri 63,6 milyon manat, xərcləri 62,3 milyon manat olub.
Ötən ilin eyni dövrü ilə müqayisədə gəlirlər 10,2 milyon manat (19,1%), xərclər 9,7 milyon manat (18,4%) artıb.
Gəlirlərin – 69,1 milyon manatı əsas əməliyyat gəlirlərinin, 2,2 milyon manatı investisiya gəlirlərinin, 1,4 milyon manatı digər gəlirlərin payına düşüb. Xalis sığorta ehtiyatlarının dəyişməsinə 9 milyon manat sərf edilib.
Xərclərin böyük hissəsi – 43 milyon manatı əməliyyat xərclərinin, 19 milyon manatı işlərin aparılması xərclərinin, 328,1 min manatı digər xərclərin hesabına formalaşıb.
Hesabat dövründə “Atəşgah Sığorta Şirkət” ASC 1 milyon 362 min manat maliyyə mənfəətindən 272,4 min manat mənfəət vergisi ödəyib. Yekunda şirkət hesabat dövrünü 1 milyon 89,4 min manat xalis mənfəətlə bağlayıb.
Bu ilin üçüncü rübünün sonunda “Atəşgah Sığorta Şirkət” ASC-nin aktivlərinin həcmi 80,7 milyon manat olub. Bu, ötən ilin sonundan bəri 15 milyon manat (22,9%) çoxdur.
Aktivlərin – 3,8 milyon manatı pul vəsaitləri və onların ekvivalentlərinin, 55 milyon manatı investisiya aktivlərinin, 8,7 milyon manatı debitor borclarının, 7 milyon manatı sığorta ehtiyatlarında təkrarsığortaçıların payına düşüb. Torpaq, tikilivə avadanlıqlardakı aktivlər 4,5 milyon manata bərabər olub. Son 9 ayda şirkətin pul vəsaitləri 2,8 milyon manat (3,8 dəfə), investisiya aktivləri 9 milyon manat (19,6%) artıb.
Bəhs olunan dövrün sonunda şirkətin öhdəlikləri 62,5 milyon manat təşkil edib. Bu, son 9 ayda 13,7 milyon manat, yaxud da 28,1% daha çoxdur. Öhdəliklərin 58,5 milyon manatını sığorta ehtiyatları, 2,3 milyon manatını kreditor borcları, 1,7 milyon manatını digər öhdəliklər tutub.
Nəticə olaraq, 2026-cı ilin üçüncü rübünün sonunda “Atəşgah Sığorta Şirkət” ASC-nin cəmi kapitalı 18,2 milyon manata bərabər olub. Bu, ilin əvvəlindən bəri 1,4 milyon manat (8,3%) daha çoxdur. Kapitalın 5 milyon 8 min manatı nizamnamə kapitalının 6,6 milyon manatı kapital ehtiyatlarının, 6,5 milyon manatı bölüşdürülməmiş mənfəətin payına düşüb.











![“Atəşgah Sığorta” daha da güclənir, göstəriciləri artır –[red] 1,1 MİLYON XALİS MƏNFƏƏT - HESABAT[/red] | FED.az](/upload/news/small/2922355.png)
![“Atəşgah Sığorta” daha da güclənir, göstəriciləri artır –[red] 1,1 MİLYON XALİS MƏNFƏƏT - HESABAT[/red] | FED.az](/upload/news/small/1617313.jpeg)
![“Atəşgah Sığorta” daha da güclənir, göstəriciləri artır –[red] 1,1 MİLYON XALİS MƏNFƏƏT - HESABAT[/red] | FED.az](/upload/news/small/4766723.jpeg)
![“Atəşgah Sığorta” daha da güclənir, göstəriciləri artır –[red] 1,1 MİLYON XALİS MƏNFƏƏT - HESABAT[/red] | FED.az](/upload/news/small/1678346.jpeg)
![“Atəşgah Sığorta” daha da güclənir, göstəriciləri artır –[red] 1,1 MİLYON XALİS MƏNFƏƏT - HESABAT[/red] | FED.az](/upload/news/small/3613791.jpeg)








