Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla sülh sazişinin 2027-2028-ci illərdə imzalanmasını mümkün hesab edir.
FED.az xəbər verir ki, “Sputnik Ermənistan”ın yaydığı məlumata görə, o bu barədə jurnalistlərə açıqlamasında deyib.
“Mən demişdim ki, Azərbaycanla sülh sazişi 2031-ci ilə qədər imzalana bilər. Daha dəqiq desəm, hesab edirəm ki, biz sazişi 2027-2028-ci illərdə imzalamalıyıq. Biz Azərbaycanla işləməliyik”, - o bildirib.













