"Rəqəmsal məlumat mübadiləsi yalnız nəzarət mexanizmlərinin təkmilləşdirilməsinə deyil, həm də dövlət xidmətlərinin sadələşdirilməsinə və sahibkarların inzibati yükünün azaldılmasına xidmət edir".
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu sözləri Dövlət Vergi Xidmətinin Vergi Risklərinin İdarə Edilməsi Baş İdarəsinin rəisi Samir Xalıqov Bakıda keçirilən "Rəqəmsal Maliyyə Ekosistemi" İdarəetmədə Yeni Mərhələ adlı tədbirdə deyib.
Samid Xalıqlov infrastruktur tikintisi ilə bağlı, ictimaiyyət arasında “Forma 2” kimi tanınan təhvil-təslim sənədlərinin elektronlaşdırılması istiqamətində aparılan işlər çərçivəsində həmin məlumatların vergi sistemi ilə inteqrasiyası məsələsinin müzakirə olunduğunu qeyd edib:
"Ümidvaram ki, bu inteqrasiya sahibkarların əlavə sənədləşmə yükündən azad olunmasına və müvafiq proseslərin sadələşdirilməsinə töhfə verəcək".
Digər mühüm istiqamət bank məlumatlarının rəqəmsallaşdırılması və məlumat mübadiləsi mexanizmlərinin təkmilləşdirilməsidir. Məlumatların strukturlaşdırılmış şəkildə və vaxtında əldə edilməsi, eləcə də bəyannamələrin əvvəlcədən doldurulması vergi məlumatlarının dəqiqliyini və keyfiyyətini artıracaq.
Nəticə etibarilə, rəqəmsal vergi xidmətləri vergi ödəyicilərinin işini asanlaşdırmaqla yanaşı, vergi öhdəliklərinin könüllü yerinə yetirilməsini təşviq edir və büdcə daxilolmalarının şəffaflığının artırılmasına töhfə verir", - deyə o əlavə edib.













