"Etender.gov.az" portalında şərtlər toplusu formalaşdırılan zaman süni intellektin tətbiqinə başlamışıq, burada süni intellektdən tövsiyə xarakterli istifadə olunur.
Dövlət satınalmalarında yeni iştirakçıların sayı 20%-dən çox artıb
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu sözləri Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin Aparatının rəhbərinin müavini Orxan Məmmədov Bakıda keçirilən "Rəqəmsal Maliyyə Ekosistemi" İdarəetmədə Yeni Mərhələ adlı tədbirdə deyib.
Onun sözlərinə görə, artıq satınalan təşkilat şərtlər toplusunu formalaşdırdığı zaman süni intellekt vasitəsilə qabaqlayıcı tövsiyələr alır:
"Məsələn, şərtlərdə məhdudlaşdırıcı element varsa, süni intellekt satınalan təşkilata bu barədə məlumat verir və risk hesabatı təqdim edir. Beləliklə, satınalan təşkilat nəzarət orqanları tərəfindən qiymətləndirmə aparılmadan əvvəl mövcud nöqsanları aradan qaldıra bilir.
Yenə də vurğulayıram ki, süni intellekt tövsiyə xarakterlidir. Qərarvermə prosesi isə nəzarət orqanları tərəfindən həyata keçirilir".
"Bu, eyni zamanda, şikayətlərin sayının azalmasına kömək edir. Çünki yarana biləcək problemlər əvvəlcədən üzə çıxarılır və onların qarşısının alınması mümkün olur", - deyə o, əlavə edib.














