Xəbər verildiyi kimi, bu gündən ABŞ-ın İrana qarşı yeni sanksiyaları başlayır. FED.az-ın məlumatına görə, yeni sanksiyalar xüsusilə İranın əsas ixrac məhsulu olan neft satışlarını və İran Mərkəzi Bankı ilə əməliyyatları əhatə edir.
ELƏCƏ DƏ BAX: Bu gündən sanksiyalar başlayır – İRAN DAVAM GƏTİRƏCƏKMİ?
Ekspertlər gözləyirlər ki, İranın bütün hazırlaqlarına baxmayaraq bu sanksiyalar nəticəsində yerli valyuta olan rial zəifləyəcək, dolların məzənnəsi isə artacaq.
Hazırda İranın Azərbaycanla həmsərhəd ərazilərində dolların məzənnəsi 144,5 min rial, 1 manat isə 85 min rialdır.
Qeyd edək ki, İranda dolların kəskin bahalaşması bu ölkədəki malların manat və dollar ifadəsində kəskin ucuzlaşması ilə nəticələnmişdi. Nəticədə İranla sərhəd bölgəsində yaşayan Azərbaycan vətəndaşları ucuz alış-veriş üçün İrana axın etmişdilər.
ELƏCƏ DƏ BAX: Azərbaycanlılar İranı daşıyırlar – SƏRHƏDƏ AXIN BAŞLAYIB
FED.az-ın «Birja» xəbərlərini Azərbaycanın aparıcı investisiya şirkəti olan PSG-Kapital Investisiya şirkəti təqdim edir.