Beynəlxalq Bank törəmə şirkəti olan “Azərikard” və “Beynəlxalq Lizinq” şirkətləri ilə bağlı mövqeyini açıqlayıb. FED.az banka istinadən xəbər verir ki,
səhmdarlar hər iki qurumun fəaliyyətini davam etdirməsi haqqında qərar çıxarıb.
Bankdan verilən məlumata görə, bankın digər törəmə müəssisələri, o cümlədən “Azərikard” prosessinq mərkəzi və “Beynəlxalq Lizinq” Şirkəti isə fəaliyyətini davam etdirməkdədir.
Eləcə də bax: Beynəlxalq Bank Rusiya və Gürcüstan bazarını tərk edir
Qeyd edək ki, “Aqrarkredit” QSC səhmdar kredit təşkilatının “Azərbaycan Beynəlxalq Bankı” ASC-dəki payı dövlətə ötürülüb. Beləliklə, dövlətin bankın səhmlərindəki payı 96,5 %-ə yüksəlib.
“Azərikard” və Beynəlxalq Lizinq ilə bağlı - BANKIN QƏRARI
17:53
15 Mart 2018