Bakı Ağ Şəhərdə yaradılan şərait, mənzillərin qiyməti, satış şərtləri və alıcılarla bağlı FED.az-ın suallarına «Monparnas» yaşayış kompleksinin satış meneceri Bəhman Babakişiyev cavab verir.
-Bəhman müəllim, məlum olduğu kimi, Ağ şəhər böyük bir layihədir, burada bir neçə fərqli yaşayış kompleksləri, ticarət əyləncə və biznes obyektləri, yaşayış məhəllələri və müasir infrastruktur olacaq. Sizin şirkətiniz Ağ Şəhərdə hansı tikinti işləri ilə məşğuldur?
- Ağ şəhər layihəsinə daxil olan digər komplekslər kimi, bizim kompkles fransız üslubunda 10 bloklu, 7 mərtəbəli ev inşa edir. Bizim kompleksdə daxili həyət, mənzillərin sayından çox parkinq yerləri, qeyri-yaşayış sahələri mövcuddur.
- Bu kompleks Ağ şəhərdəki digər komplekslərdən nə ilə fərqlənəcək?
- Əvvəla, bu, şəhər mərkəzində olan və fransuz üslubunda işlənmiş yaşayış kvartallardan ıbarət bir sakit rayondur və yaşamaq üçün idealdır. Binalarının hündürlüyü orta olduğuna görə, tikili sıxlığı da aşağıdır. Digər tərəfdən bu ərazi Xətai metro stansiyasının yaxınlığında və Bakı Ağ Şəhər layihəsinin gələcək Fəvvarələr Meydanında planlaşdırılan yeni metro stansiyanın yanında yerləşir. MONPARNAS yaşayış kompleksi Mərkəzi Bulvar küçəsində münasib yerləşdiyinə görə, buradan Nobel prospektinə rahat keçid var. Bu da həm şəhərin tarixi mərkəzinə, həm də Heydər Əliyev beynəlxalq hava limanına çatmağı asanlaşdıracaq.
- Ağ şəhərdən danışanda hamını ilk növbədə bir sual maraqlandırır – burada mənzillər bahadırmı? Başlayaq sizin kompleksdən – sizdə qiymətlər necədir?
- Bu layihənin digər layihələrdən çox fərqli olmasına baxmıyaraq burada qiymətlər şəhərin digər hissələrində tikilən komplekslərdən çox fərqlənmir. Qiymətlər isə müxtəlif parametrlərdən asılı olaraq (mənzilin yerləşdiyi blokundan, mərtəbəsindən və s.) 1600-1800 AZN civarındadır.
- Kreditlə ev almaq imkanı varmı? Hansı şərtlərə verilir?
- Mənzilləri nəğd və ya 30% ilkin odəniş etməklə 18-20 aylıq faizsiz kredit muddətində almaq olar.
- Ümumilikdə Ağ şəhərdə mənzillərin qiymətləri necə dəyişir?
- Mənzil bazarında, ümumiyyətlə, qiymətlərin artımı müşahidə olunur. Ağ Şəhər də bu qaydadan istisna deyil. İnşası 6 il əvvəl başlayan binalarda qiymətlər artıq 2200-2300 AZN-dən yüksəkdir.
- Sizin kompleksdə ən kiçik mənzillər neçə kvadratdan başlayır? Bəs ən böyük mənzillərin sahəsi nə qədərdir və onların alıcılarına hansı əlavə üstünlüklər verilir?
- Ən kiçik mənzilin sahəsi 80 kv.m.-dir. Müasir mənzillərlə müqayisədə bizim kompleksdə sahəsi çox böyük mənzil nəzərdə tutulmayıb. Maksimal sahə 200 kv.m.-ə yaxındır.
- Kommunal xərclər nə qədərdir?
- Bizneslə məşgul olan insanlar yaxşı başa düşürlər ki, mükəmməl servisin müvafiq qiyməti də olmalıdır. Digər yerlərdə oldugu kimi, burada da kommunal xərclər 0,7-1 AZN civarında nəzərdə tutulub.
- Ağ şəhərdən ev almaq üçün xüsusi bir seçim varmı? Yoxsa pulu olan hər bir şəxs burada ev sahibi ola bilər?
- Əlbəttə ki, Ağ Şəhər layihəsində mənzil əldə etmək istəyən hər bir vətandaşın bunu etməyə ixtiyarı var, və bunun ücün heç bir məhdudiyyət yoxdur. Əksinə, müxtəlif təbəqələri nəzərə alaraq bizim kompaniya fərqli güzəştlər nəzərdə tutub.
- Buradan evləri əsasən kimlər alır? Yerlilər yoxsa xaricilər?
- Bizim kompleksin sakinəri əsasən Azərbaycan vətandaşlarıdır, lakin digər ölkələrin vətandaşları da burada mənzilə sahib olublar.
- Əsasən hansı xarici ölkədən olanlar burada ev alırlar?
- Əsasən, bizim qonşu ölkələrin vətandaşları bizim kompleksin alıcılarıdır. Buraya Rusiya, Türkiyə, Gürcüstan residentləri daxildir.
- Alıcılar ilk nöbədə əsasən hansı məsələlərlə maraqlanırlar?
- Təbii ki, alıcıları maraqlandıran ilk növbədə mənzilin otaqlarının sayı, sahəsi, qiyməti, ödəniş şərtləridir.
- Xaricilər evi necə almağa üstünlük verirlər – nəğd, yaxud kredit, və ya lizinq?
- Xarici vətandaşların ödənişləri Azərbaycan vətandaşlarının ödənişlərindən heçnə ilə fərqlənmir – nə qiymət, nə də kredit qrafiki baxımından.
- Burada mənzilləri yalnız fiziki şəxslər alır, yoxsa şirkətlər də ev almağa üstünlük verirlər?
- Əsasən, kompleksdə mənzillərə fiziki şəxslər sahib olular, lakin şirkətlərin də buraya marağı var. Onlar alınan mənzilləri öz mülkiyyətləri kimi əldə edilər. Şirkətlər mənzilləri qonaqları və ya ekspat işçiləri üçün alırlar.
- Bəs burada obyektlər almaq mümkündürmü, əgər mümkündürsə, qiymətlər necədir?
- Binanın 1-ci mərtəbəsi qeyri-yaşayış obyektləri ücün nəzərdə tutulub. Qiymətlər isə 1kv.m. ücün 4000-5000 AZN civarındadır.
- Gələn il Ağ Şəhərdə evlərin qiymətinin artması gözlənilirmi? Artacaqsa niyə?
- Dediyimiz kimi Ağ Şəhər layihəsi çərçivəsində digər komplekslər inşa edildikdə, sözsüz ki, bunun nəticəsində Ağ Şəhər layihəsinin populyarlığı da artacaq. Yəqin ki, bu inkişaf qiymətlərə də təsir edəcək. Hal-hazırda qiymətlər trendi yüksəlməyə doğrudur.
- Ağ şəhərdən evi nə üçün alırlar – yaşamaq üçün, bahalaşandan sonra satmaq üçün, yoxsa sadəcə yatırım məqsədilə?
- Bu sualın cavabı sakinlərin konkret istəklərindən asılıdır. Əgər desək ki, Ağ Şəhərdə mənzilə sahib olmaq perspektivli pul yatırımıdır, bu, tamamilə ədalətli səslənər. Verdiyim ifadə yerli eləcə də əcnəbi vətəndaşlara tam şamil edilə bilər.
- Bəhman müəllim, dediyiniz qiymətləri nəzərə alsaq, Ağ Şəhərdə mənzil üçün tələb olunan pula Bakının digər yerlərində daha böyük sahəli mənzilə və ya villaya sahib olmaq mümkündür. Amma bəziləri Ağ Şəhərə üstünlük verirlər. Bunun səbəbi nədir?
- Bakı Ağ Şəhər layihəsi unikal bir layihədi – dünya şöhrətli “Atkins” Şirkəti tərəfindən hazırlanmış və Bakı şəhərində fərqli layihədir. Bu layihə çərçivəsində inşa edilən 7 mərtəbəli paris evləri geniş həyəti, uşaq meydanları, tamamilə yeni quruluş küçələri, prospektləri, parkları, infrastrukturları ilə digər layihələrdən fərqlənməklə, Bakı Bulvarının yaxınlığı və seysmik baxımdan dözümlüyü ilə səciyyələnir. Üstəlik də, bildiyimiz kimi, bu layihə cənab Prezidentin diggəti altındadır. Burada bütün tikinti və mənzillərin alış-satış gaydalarına çiddi nəzarət edilir. İnsanlar da bunu anlayaraq məhz buna üstünlük verirlər.
Eləcədə də bax: Ağ Şəhər təhvilə hazırlaşır - YAŞAYIŞ BAŞLAYACAQ
"Ağ Şəhərdən ev alanlar əsasən bu məsələlərə diqqət yetirirlər" – MÜSAHİBƏ
14:09
19 Dek 2017