Dünya birjalarında neftin qiyməti bahalaşıb.
FED.az xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,55 dollar bahalaşaraq 60,36 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,53 dollar artaraq 55,22 dollar təşkil edib.