31.05.2019 tarixinə olan məlumata əsasən hazırda dünyada 4872 ədəd kripto-ATM mövcuddur. FED.az xəbər verir ki, hesablamalara əsasən hər gün orta hesabla 6 ATM quraşdırılır. Ümumilikdə kripto bankomatların 60.1%-də kriptovalyutaları yalnız almaq, 0.3%-də yalnız satmaq, 39.6%-də isə ikitərəfli əməliyyat aparmaq, yəni həm almaq, həmdə satmaq mümkündür. Bankomatlarda əməliyyatlar üzrə orta faiz dərəcəsi 7.5% (alış zamanı 8.4%, satışda isə 5.4%) təşkil edir. Bankomatların 99.9%-i Bitcoin-i, 65.4%-i Litecoin, 55.6%-i Ethereum, 37%-i Bitcoin Cash, 18.5%-i Dash-ı dəstəkləyir.
Eləcə də bax: Bitkoin növbəti psixoloji həddə yaxınlaşır - QİYMƏT
Bankomatların 73.4%-i Amerika, 22.5%-i isə Avropa qitəsinin payına düşür. Ölkələr üzrə statistika: ABŞ- 3080, Kanada- 698, Avstriya- 272, Böyük Britaniya- 242, İspaniya-90, Rusiya-60, Çexiya-66, İsveçrə-55, İtaliya-42, Kolumbiya-42, Slovakiya-42, Polşa-40, Rumıniya-34, Yunanıstan-29, Almaniya-27, Hollandiya- 26, Macarıstan-23, Finlandiya-20, Ukrayna- 12.
Kripto-ATM istehsal edən edən 31 şirkətdən 3-ü: General Bytes (31.4%), Genesis Coin (31.1%) və Lamassu (9.1%) ümumi bazarın 71.6%-nə sahibdir. Bankomantların sayı illər üzrə: 2015-ci ildə 503, 2016-da 954, 2017-də 2028, 2018-ci ildə isə 4109 ədəd olmuşdur.
©kriptoinvest.az