Azərbaycanda ən az sığorta haqqı toplayan və ən az sığorta ödənişi edən şirkətlər məlum olub. FED.az xəbər verir ki, Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) cari ilin yanvar-mart ayları üzrə sığorta şirkətlərinin icmal göstəricilərini açıqlayıb. Hesabata əsasən, bir neçə sığorta şirkəti həm sığorta yığımılarına, həm də ödənişlərinə görə ən zəif göstəricilərə malik olublar.
FED.az həmin sığorta şirkətləri təqdim edir:
Ən az sığorta haqqı toplayan şirkətlər
“Naxçıvansığorta” 79,4 min manat
“Amrah Sığorta” 90,5 min manat
“Bakı Sığorta” 175,3 min manat
“Rəvan Sığorta” 557,4 min manat
“Günay Sığorta” 730,2 min manat
Ən az sığorta ödənişi edən şirkətlər
“Naxçıvansığorta” 900 manat
“Bakı Sığorta” 22,0 min manat
“İpək Yolu Sığorta” 46,7 min manat
“Amrah Sığorta” 55,0 min manat
“Rəvan Sığorta” 83,1 min manat