«Nikoil bank» ASC 2019-cu ilin ilk rübü üzrə nəticələri açıqlayıb. FED.az xəbər verir ki, ilk üç ayda bankın xalis faiz gəliri - 14,468 milyon manat , qeyri-faiz gəlirləri – 1,233 milyon manat, qeyri-faiz xərcləri 6,577 milyon manat təşkil edib.
Nəticədə rüb ərzində bankın xalis mənfəəti 3,026 milyon manat olub.
NIkoil Bankın cəmi aktivləri 422,953 milyon manat , cəmi öhdəliklər 353,875 milyon manat, cəmi kapital 69,078 milyon manat olub.
Bankın əməliyyat xərcləri 2018-ci ilin ilk rübü ilə müqayisədə təqribən 2 dəfə artaraq 42,515 milyon manat olub.
Rüb ərzində «Nikoil Bank»ın aktivləri 1,41% artaraq 417 milyon manatdan 423 milyon manata, cəmi kapitalı 5,2% artaraq 65,7 milyondan 69,8 milyn mana çatıb.
Qeyd edək ki, Nikoil Bank 2018-ci ilin birinci rübünü 309,3 min manat, bütövlükdə 2018-ciili isə 135 milyon manat zərərlə başa vurmuşdu.
Eləcə də bax: "Rabitəbank"ın vəziyyəti - MƏLUM OLDU