"Rabitəbank" ASC 2019-cu ilin ilk rübünü, 3.2 mln. manat mənfəətlə başa vurub.
FED.az xəbər verir ki, bankın cəmi gəlirləri 12 mln. manatadək yüksəlmişdir.
Aktivlərin həcmi isə 717 mln azn təşkil etmişdir. Bankın kredit portfeli, 2018-ci ilin birinci rübü ilə müqayisədə, 37% artaraq, 55.8 mln azn-ə çatmışdır.
Həmçinin, 2018-ci ilin birinci rübü ilə, cari ilin birinci rübünün müqayisəsində insan resurslarında da ciddi artım hiss olunmuşdur. Bu gün, “Rabitəbank” əməkdaşlarının sayı 766-ya çatmışdır.
“Göstəricilərin yüksək olması, Rabitəbankın yenilikləri və tətbiqləri ilə əhali arasında geniş inam və rəğbət qazanmasının bariz nümunəsidir. Ümumən isə, bank unikal xidmətlərinin təqdim etməyə və yeni xidmət nöqtələrinin fəaliyyətinə hazırlaşır”,- Bankın məlumatında bildirilir.
Ölkənin ilk müstəqil banklarından olan Rabitəbank, 23 filial və 2 şöbədən ibarət xidmət şəbəkəsi, 65 ATM ilə müştərilərin xidmətindədir.
Eləcə də bax: Problemli kreditlərlə bağlı - BÜTÜN SUALLARA CAVAB
©Marja