Türkiyə iyulun 1-dən gəmilərin Bosfor və Dardanel boğazlarından keçməsinə görə rüsumları 8.3% artıracaq. Bu barədə Türkiyənin “Aydınlık” qəzeti Nəqliyyat və İnfrastruktur Nazirliyi yanında Dənizçilik Baş İdarəsinin qərarına istinadən məlumat yayıb. Oktyabr ayında Türkiyə rəsmiləri rüsumu birdən-birə 5 dəfə artıraraq 4.08 dollara çatdırıb.
Bakı və Həştərxan arasında - Gəmi Reysləri Açıla Bilər
FED.az biznes və maliyyə xəbərləri portalo Banker.az-a istinadən xəbər verir ki, əvvəlki illərdə gəmilərin keçidindən əldə edilən gəlir təxminən 160-170 milyon dollar təşkil edib. 2023-cü ildə bu rəqəm 900 milyon dollara çata bilər.
1936-cı il Montrö Konvensiyası – Qara dənizdən Aralıq dənizinə qədər Türkiyənin Bosfor və Dardanel oğazları üzərində suverenliyini bərpa edən sənəddir. Sənədə görə. Konvensiyanın 19-cu maddəsinə əsasən, Türkiyə döyüşən ölkələrin gəmiləri üçün boğazları bağlaya bilər. İstisna yalnız dayanacağa qayıdan gəmilərdir.