Həştərxan vilayətinin qubernatoru İqor Babuşkin Həştərxan və Bakı limanları arasında müntəzəm gəmiçilik xəttinin təşkil edilməsini təklif edib.
Əli Əsədov Həştərxanın qubernatoru ilə - GÖRÜŞÜB
FED.az xəbər verir ki, “Ötən il ticarət dövriyyəmiz təxminən dörd dəfə artıb, lakin bu, son hədd deyil. Biz təkcə dəmir yolu ilə deyil, “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin bütün imkanlarından istifadə etməklə dəniz yolu ilə də yük daşımalarını artıra, Həştərxan və Azərbaycan limanları arasında müntəzəm gəmiçilik xətti təşkil edə bilərik”, - deyə Babuşkin Azərbaycanın baş nazirinin müavini Şahin Mustafayevlə görüşdə bildirib.(İnterfaks-Azərbaycan)