Gələn il yanvarın 1-dən Misir hökuməti Süveyş kanalından keçid haqqını artıracaq.
Eləcə də bax: Aktaudan Bakıya 151 konteyner yük - ÇATDIRILIB
FED.az bu barədə xarici mətbuata istinadən xəbər verir.
Məlumata görə, artım tankerlər üçün 15 %, quru yük və sərnişin gəmiləri üçün isə 10 % olacaq. Bahalaşmaya səbəb kimi yanacağın qiymətinin artması göstərilir.
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) mətbuat xidmətinin rəhbəri Mehman Mehdiyev bildirib ki, səhmdar cəmiyyətinə məxsus gəmilər Qırmızı dənizdə üzmür, başqa sözlə Süveyş kanalından istifadə etmirlər. (Report)