Aktau-Bakı marşrutu üzrə reys həyata keçirən Qazaxıstanın “Barys” konteyner gəmisi Bakı limanında yan alıb.
Eləcə də bax: Bakı Limanında konteyner aşırılması - 32% ARTIB
FED.az xəbər verir ki, gəmi Azərbaycana 151 konteyner çatdırıb və hazırda boşaltma işləri aparılır.Qeyd edək ki, gəmi ilkin olaraq “Tengizchevroil”un “Tengiz” yatağında genişləndirmə layihəsi üçün modulların daşınmasına görə nəzərdə tutulmuşdu. Bu tapşırığı yerinə yetirdikdən sonra “Barys” nəqliyyat konteynerlərinə çevrildi.
Gəmi 2017-ci il mayın 12-də Rumıniyanın Braila şəhərində suya buraxılıb. Konteyner gəmisinin uzunluğu 113 metr, eni isə 21 metrdir. Gəmi tutumu - 165 TEU təşkil edir.