Dardanel boğazında bu gündən etibarən qatı duman səbəbi ilə gəmilərin hərəkəti hər iki istiqamətdə müvəqqəti olaraq dayandırılıb.
Türkiyədən neft tankerlərinin boğazlardan keçidi ilə bağlı - AÇIQLAMA
FED.az xəbər verir ki, bu barədə Dardanel boğazının Naviqasiyaya Nəzarət Departamenti məlumat yayıb.
Əlavə olunub ki, İstanbulda və Mərmərə dənizində 3-cü gündür ki, güclü duman müşahidə olunur.
Meteoroloqların verdiyi məlumata görə, yanvarın 6-dək İstanbul bölgəsində hava şəraiti yaxşılaşacaq. (Apa)