Azərbaycanın cənub istiqamətində dəmiryolu xəttinin sərnişindaşınma üçün açılması gündəmdə deyil.
Bakı-Sumqayıt-Bakı qatarlarının hərəkət qrafiki dəyişir, ekspres qatara daha 4 vaqon əlavə edilir
FED.az xəbər verir ki, bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) sədri Rövşən Rüstəmov jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, bu yol yalnız əsaslı yenidənqurma işlərindən sonra sərnişindaşıma üçün bərpa oluna bilər: “Cənub istiqamətində dəmiryolu xətti saatda 20 km sürətlə hərəkət etməyə imkan verdiyi üçün, bu, sərnişindaşıma üçün məqbul hesab edilmir. Cənub istiqamətində dəmiryolu xətti texniki olaraq yalnız yükdaşıma üçün yararlıdır”.
R. Rüstəmov ara stansiyaların sökülməsi məsələsinə də aydınlıq gətirib: "Optimallaşdırma həyata keçirilərkən yaxın məsafədə olan stansiyalar birləşdirilir və ya ləğv edilə bilər". (Report)