2024-cü ilin yanvar-may aylarında dəmir yolu nəqliyyatı ilə 7,7 milyon ton yük, 3268,8 min sərnişin daşınıb.
FED.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
2023-cü ilin eyni dövrü ilə müqayisədə yük daşınmasında 0,9 faiz, sərnişin daşınmasında isə 20,9 faiz artım müşahidə olunub.
Orta hesabla sutkada 371 vaqon yüklənmiş, 422 vaqon isə boşaldılıb.
Sutka ərzində dəmir yolunun Şimal istiqaməti üzrə 17,2 min ton, Qərb istiqaməti üzrə 3,8 min ton, Cənub istiqaməti üzrə isə 0,8 min ton yüklənmə işi yerinə yetirilib.