Avromak MMC
Meyvə İxracı üzrə Satış Meneceri
Son tarix 05 noy 2026 - [email protected]
İşçiyə qoyulan tələblər:
- Ali təhsil
- İş təcrübəsi: Meyvə satışı sahəsində 5 ildən çox iş təcrübəsi mütləqdir
- B2B satış və danışıqlar aparmaq bacarığı;
- İngilis və rus dillərində yaxşı danışıq və yazışma bacarığı;
- Aktiv, məsuliyyətli və nəticəyönümlü olmaq
Vəzifə öhdəlikləri:
- Xarici bazarlarda meyvə məhsullarının satışını həyata keçirmək;
- Yeni xarici müştərilər və potensial alıcılar cəlb etmək;
- Mövcud müştərilərlə işgüzar əlaqələri inkişaf etdirmək;
- Xarici müştərilərlə danışıqlar aparmaq və satış şərtlərini razılaşdırmaq;
- Xarici bazarları və bazar qiymətlərini araşdırmaq;
- Yeni ixrac bazarlarının araşdırılması və inkişaf etdirilməsi;
- Satış həcminin artırılması və satış planlarının icrasını təmin etmək;
- Sifarişdən çatdırılmaya qədər satış prosesini koordinasiya etmək;
- Satış və müştəri bazası üzrə hesabatlar hazırlamaq.
İş şərtləri:
- Əmək haqqı: 2000 AZN-dən başlayaraq + satışdan bonus
- Əmək haqqı namizədin təcrübə və kvalifikasiyasına uyğun olaraq müəyyən edilir.
- Nahar şirkət tərəfindən qarşılanır.
- 5 günlük iş qrafiki
Qeyd: Yalnız meyvə satışı sahəsində təcrübəsi olan namizədlərin müraciət etməsi xahiş olunur.
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına “subject” (mövzu) hissəsində “Meyvə İxracı üzrə Satış Meneceri” qeyd etməklə göndərməyiniz xahiş edilir.












