“International Leasing” ASC-nin səhmlərinin Bakı Fond Birjasında (BFB) abunə yazılışı üsulu ilə yerləşdirilməsi yekunlaşıb.
FED.az xəbər verir ki, söhbət şirkətin 20 min ədəd adi, adlı, sənədsiz səhmindən gedir. Hər bir səhmin ilkin ticarət qiyməti 50 manat, emissiyanın ümumi həcmi isə 1 milyon manat təşkil edir.
Səhmlərin dövlət qeydiyyat nömrəsi (ISIN) AZ1002023237-dir. Qiymətli kağızların yerləşdirilməsi 5 oktyabr 2026-cı il tarixində həyata keçirilib.
Emissiyanın anderrayteri “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC olub.
Qeyd edək ki, BFB-nin Listinq Komitəsi sentyabrın 25-də “International Leasing” ASC-nin səhmlərinin ticarətə buraxılması barədə qərar qəbul etmişdi. Səhmlər üzrə abunə yazılışı sentyabrın 30-da başlayıb və oktyabrın 2-də başa çatıb.
Emissiyanın tam həcmi 1 milyon manatdır.













