Kənd Təsərrüfatı Nazirliyinin Tabeliyində Balıqçılıq və Akvakultura Mərkəzi PHŞ (VÖEN: 2009203861) “Az-Tex-İmport” MMC (VÖEN: 2004502101) ilə satınalma müqaviləsi imzalayıb.
Dövlət qurumu Nərimanovda kvadratı 15 manat ofis icarələyir – 540 MİNLİK MÜQAVİLƏ
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, müqavilə çərçivəsində qurum şirkətdən 1 Crossover/ SUV tipli və 4 pikap tipli xidməti avtomobil alıb. Bunun üçün şirkətə 236 min 236 manat ödənilib. Bir avtomobilin orta qiyməti 47 min 247 manat təşkil edib.
Qeyd edək ki, “Az-Tex-İmport” MMC 2017-ci ildə yaradılıb. Nizamnamə kapitalı 226 min 10 manat olan şirkətin qanuni təmsilçisi Abdullayev İlkin Sahib oğludur. Şirkət Bakı şəhəri Xətai rayonu, Telnov, ev.2347/48, m.290 hüquqi ünvanında yerləşir.













