Onlayn kredit - banka və ya maliyyə qurumuna fiziki olaraq müraciət etmədən, Azərbaycan Kredit Bürosu və digər rəsmi sistemlər vasitəsilə internet və ya mobil tətbiqlər üzərindən qısa müddətdə əldə edilən borc xidmətidir.
Sabahdan onlayn kreditlərə dair yeni qaydalar qüvvəyə minəcək
Onlayn kredit götürənlərə pul dərhal verilməyəcək.
FED.az xəbər verir ki, istehlak kreditlərinin məsafədən, yəni onlayn götürülməsi ilə bağlı yeni qaydalar qüvvəyə minib.
Qaydalara əsasən, vətəndaş istədiyi halda öz adına məsafədən istehlak krediti götürülməsinə və kredit limitinin onlayn artırılmasına əvvəlcədən məhdudiyyət qoya bilər. Bu məhdudiyyət bütün kredit təşkilatlarına və ya yalnız müştərinin müraciət etdiyi konkret banka və ya bank olmayan kredit təşkilatına şamil oluna bilər.
Digər tərəfdən, onlayn kredit götürən şəxsə vəsait dərhal verilməyəcək.
Gün ərzində götürülən və ya artırılan kredit məbləği minimum əməkhaqqının iki mislinədəkdirsə, vəsait 2 saat sonra, bu məbləğdən çoxdursa, 24 saat sonra veriləcək.
Yəni yeni qayda vətəndaşa onlayn kredit götürərkən qərarını yenidən nəzərdən keçirmək üçün vaxt verir.













