Dünya Bankı 2026-cı ildə Azərbaycanda ümumi daxili məhsulun (ÜDM) 1,2 %, 2027-ci ildə isə 1,8 % artacağını gözləyir.
Dünya Bankı Orta Dəhlizin Azərbaycana faydasını 1,3 milyard dollar ÜDM artımı ilə qiymətləndirib
FED.az xəbər verir ki, bu barədə Dünya Bankının Avropa və Mərkəzi Asiya regionunun iqtisadi perspektivlərinə dair hesabatının oktyabr buraxılışında deyilir.
Aprel qiymətləndirmələri ilə müqayisədə proqnoz göstəriciləri müvafiq olaraq 0,8 faiz bəndi azaldılıb və sabit saxlanılıb.
Bank xatırladıb ki, 2025-ci ildə Azərbaycan iqtisadiyyatı 1,4 % artıb.
Dünya Bankının proqnozlarına görə, bu il Cənubi Qafqaz ölkələrində iqtisadi artımın 3,5 % təşkil edəcəyi gözlənilir ki, bu da ötən illə müqayisədə 0,4 faiz bəndi daha aşağı göstəricidir. Azərbaycanda artım tempinin azalması ehtimalı neft sektorunda davam edən struktur azalması və dövlət kapital xərclərinin azaldılması fonunda qeyri-neft iqtisadiyyatında artımın gözləniləndən zəif olması ilə izah olunur. Ümumilikdə Cənubi Qafqazda xidmət sektoru – xüsusilə informasiya və kommunikasiya texnologiyaları, nəqliyyat və turizmlə əlaqəli fəaliyyətlər – əsas artım mühərrikləri olaraq qalır. (Report)













