2 oktyabr 2026-cı il tarixində PAŞA Bankın Müşahidə Şurasının sədri Şahin Məmmədov PASHA Bank Georgia-nın Müşahidə Şurasının sədri, PAŞA Bankın İdarə Heyətinin üzvü və baş risk inzibatçısı Pərvin Əhədzadə isə Müşahidə Şurasının üzvü seçilib.
FED.az banka istinadən xəbər verir ki, Şahin Məmmədov bankçılıq və maliyyə sahəsində geniş təcrübəyə malikdir. 2026-cı ildən etibarən PAŞA Maliyyə Holdinqində Baş İcraçı Direktorun müavini vəzifəsini icra edir. O, həmçinin PAŞA Bank, PASHA Bank Bank Georgia və PAŞA Holdinqdə müxtəlif rəhbər vəzifələrdə çalışıb.
Pərvin Əhədzadə 2023-cü ildən PAŞA Bankın İdarə Heyətinin üzvü və Baş Risk İnzibatçısıdır. O, bankçılıq və risk idarəetməsi sahəsində uzunmüddətli təcrübəyə malikdir. Müxtəlif illərdə Azərbaycan Respublikasının Mərkəzi Bankında və PAŞA Holdinqdə rəhbər vəzifələrdə çalışıb.
PASHA Bank Georgia PAŞA Maliyyə Holdinqinin Gürcüstandakı fəaliyyətini həyata keçirən bankıdır.













