Amerikalı texnoloji iş adamı İlon Mask 12 iyunda tarixin ilk trilyoneri olmuş və bu statusu 12 gün saxlamışdı. İndi isə ona məxsus şirkətlərin uğurları fonunda SpaceX və Tesla səhmlərinin qiymətinin artması 5 oktyabrda Maskı yenidən trilyonçuya çevirib.
FED.az xəbər verir ki, «Forbes Real Time Billionaires» reytinqinə görə, amerikalı iş adamı Elon Maskın xalis sərvəti növbəti dəfə 1 trilyon dolları keçib. Bu, onun şirkətlərinin – «SpaceX» və «Tesla» səhmlərinin qiymətlərinin bazar ertəsi günü fond bazarı açıldıqdan dərhal sonra kəskin şəkildə artmasından sonra baş verib.
Forbes-in məlumatına görə, 5 oktyabrda 55 yaşlı Maskın sərvəti cümə günü bağlanan sərvətlə müqayisədə 30,6 milyard dollar artıb. Ən varlı adamların siyahısında 2-ci olan «Amazon»un baş direktoru Ceff Bezosun sərvəti isə Mask-dan 3 dəfə az - 371,5 milyard dollardır.
Jurnal qeyd edir ki, 3-cü rübdə «Tesla»n7ın satışları analitiklərin proqnozlarını üstələyib. Bu, Maskın sərvətinin artmasına səbəb olub - onun sərvəti təkcə cümə günü 61 milyard dollar artıb. «Tesla»nın səhmləri bazar ertəsi səhəri yüksəlməyə davam edib.
«SpaceX»in səhmlərinin artması isə «Morgan Stanley»in nikbin proqnozu ilə bağlıdır - analitiklər aerokosmik şirkətin səhmlərinin dəyərinin hələ potensialdan aşağı olduğunu bildiriblər, eyni zamanda «Starship» kosmik gəmisinin orbitə uğurla buraxılması da səhmlərin artımında rol oynayıb.
Maskın SpaceXAI-nin SpaceXSI adlandırılacağını elan etməsi investorların marağını daha da artırdı. Bu qərar Prezident Donald Trampın rəsmi sənədlərdə "süni intellekt" sözünün "super zəka" ilə əvəz edilməsi ilə bağlı sərəncamından sonra verildi.
Mask SpaceX-in ən böyük səhmdarıdır və şirkətin sədri, baş direktoru və baş texnologiya direktoru vəzifələrini icra edir. Fevral ayında o, xAI və SpaceX şirkətlərini birləşdirdi. Bloomberg və The Wall Street Journal mənbələrə istinadən xəbər verir ki, şirkətlərin birləşmiş bazar kapitallaşması 1,25 trilyon dollar təşkil edib .
İş adamı SpaceX-in IPO-sundan sonra 12 iyunda tarixdə ilk trilyoner oldu və təxminən iki həftə belə qaldı. IPO zamanı şirkətin bazar kapitallaşması 1,77 trilyon dollar idi.













