Dövlət Radiotezliklər İdarəsi (VÖEN: 9900038911) “7Gül” MMC (VÖEN: 1703068701) ilə satınalma müqaviləsi imzalayıb.
Dövlət qurumunun binası 7 milyona təmir ediləcək – QALİB ŞİRKƏT, ƏTRAFLI
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, müqavilə çərçivəsində şirkətdən güllərin və əklillərin alınması nəzərdə tutulub. İmzalanmış müqavilənin ümumi dəyəri 68 min 334 manat təşkil edib.
Qeyd edək ki, “7Gül” MMC 2021-ci ildə dövlət qeydiyyatına alınıb. Qanuni təmsilçisi Hüsyenov Məcid Nəsimi oğlu olan şirkətin nizamnamə kapitalı 10 manatdır. Şirkət Bakı şəhəri, Səbail rayonu, Puşkin, ev.10 hüquqi ünvanında yerləşir.
Xatırldaq ki, ötən il və ondan əvvəlki ildə də dövlət qurumu güllərin alınması üçün “7Gül” MMC-ni seçmişdi. Tərəflər arasında 2025-ci ildə 53 min 573 manatlıq, 2024-cü ildə 100 min 334 manatlıq satınalma müqaviləsi imzalanmışdı.
Dövlət qurumunun bu il “7Gül” MMC-dən aldığı güllərin siyahısı:
|
S/N |
Başlıq |
Açıqlama |
Miqdar |
|
1 |
Qızılgül (təbii) |
Gövdəsi 70-80sm, qırmızı rəngli |
2.000 |
|
2 |
Qərənfil (təbii) |
Standart ölçülü, qırmızı rəngdə |
1.000 |
|
3 |
Böyük gül səbəti kompozisyası |
250-251 ədəd qızılgül (rəngi qırmızı və ya ağ) və mövsümə uyğun güllər ilə bəzədilməsi (hydrangea, tulips, raninclus, evkalipt, gipsafila, lent) bütün güllər təbii olmalıdır |
20 |
|
4 |
Orta gül səbəti kompozisyası |
150-151 ədəd qızılgül (rəngi qırmızı və ya ağ) və mövsümə uyğun güllər ilə bəzədilməsi (hydrangea, gerber, xrizantema, evkalipt, gipsafila, lent) bütün güllər təbii olmalıdır |
10 |
|
5 |
Kiçik gül səbəti kompozisyası |
100-101 ədəd qızılgül (rəngi qırmızı və ya ağ) və mövsümə uyğun güllər ilə bəzədilməsi (polivoy, gerber, xrizantema, evkalipt, gipsafila, lent) bütün güllər təbii olmalıdır |
10 |
|
6 |
Əklil böyük |
Qızılgül (rəngi qırmızı) xarici 440-450 ədəd, karkaz, yaşıllıq, xaveya, lent, diametri 130-150 sm, xüsusi əklil taxtası üzərində, bütün güllər təbii olmalıdır və sıx yığılmalıdır |
20 |
|
7 |
Əklil orta |
Qızılgül (rəngi qırmızı) xarici 350-360 ədəd, karkaz, yaşıllıq, xaveya, lent, diametri 120-130 sm, xüsusi əklil taxtası üzərində, bütün güllər təbii olmalıdır və sıx yığılmalıdır |
10 |
|
8 |
Buket böyük (71) |
Qızılgül (rəngi qırmızı və ya ağ) 71 ədəd + mövsümə uyğun güllər ilə bəzədilməsi (hydrangea, anthurium, raninclus, peony, diantus), bütün güllər təbii olmalıdır |
30 |
|
9 |
Buket orta (45) |
Qızılgül (rəngi qırmızı və ya ağ) 45 ədəd + mövsümə uyğun güllər ilə bəzədilməsi (hydrangea, anthurium, raninclus, xrizantema, gerber, xaveya), bütün güllər təbii olmalıdır |
25 |
|
10 |
Buket balaca (35) |
Qızılgül (rəngi qırmızı və ya ağ) 35 ədəd + mövsümə uyğun güllər ilə bəzədilməsi (hydrangea, tulips, raninclus, xrizantema, diantus), bütün güllər təbii olmalıdır |
25 |
|
11 |
Buket kiçik (9) |
erkən çiçəklənən tülpan (mart ayı) 9 ədəd + mövsümə uyğun güllər ilə bəzədilməsi (hydrangea, tulips, raninclus, xrizantema, diantus), bütün güllər təbii olmalıdır |
150 |













