Rusiyanın “Aeroflot” aviaşirkəti oktyabrın 25-dən etibarən Moskvadan Bakıya uçuşların tezliyini həftədə 14-dən 17-yə qədər artıracaq.
FED.az xəbər verir ki, aviaşirkətin mətbuat xidmətinin məlumatına görə, qış cədvəli ərzində Azərbaycan paytaxtına əlavə uçuşlar cümə axşamı, cümə və bazar günləri həyata keçiriləcək. Bu o deməkdir ki, aviaşirkət həmin günlərdə gündə üç uçuş həyata keçirəcək.
“Aeroflot”, həmçinin bildirib ki, bu ilin yanvar-sentyabr ayları ərzində Moskva ilə Azərbaycan şəhərləri arasında uçuşlarda 245 min sərnişin daşınıb.
Aviaşirkət hazırda Rusiya paytaxtından Bakı və Gəncəyə uçuşlar həyata keçirir.












