Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi "Ceta Yapı Sanayi ve Ticaret Limited" Şirkətinin Azərbaycan Respublikasındakı Filialını məhkəməyə verib.
FED.az xəbər verir ki, qurum şirkət rəhbərinin ölkədən çıxışına qadağa qoyulması ilə bağlı Bakı Kommersiya Məhkəməsinə müraciət edib.
İddanın qaldırılma səbəbi ergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraatdır (xüsusi icraat).
İşə Bakı Kommersiya Məhkəməsində hakim Günay Namazova təyin edilib.
Qeyd edək ki, şirkət 25 aprel 2007-ci ildə dövlət qeydiyyatına alınıb. Qanuni təmsilçisi Metin Tatoğludur.