"Yeni Qalaaltı Hotel Company" şirkəti "Nilay Travel" MMC-ni məhkəməyə verib.
FED.az xəbər verir ki, iddia müqavilələrdən əmələ gələn öhdəliklərdən yaranmış mübahisələr üzrə qaldırılıb.
İşə Bakı Kommersiya Məhkəməsində baxılır. İddia hakim Zaur Pirverdiyevin tərəfindən icraatındadır.
Qeyd edək ki, “Qalaaltı Hotel & Spa ”- Bakıdan 120 kilometr məsafədə, Şabran rayonunda yerləşən, unikal memari stilitə və istirahət formatına malik olan yeni müalicəvi-bərpa kurort kompleksidir.