Azərbaycanın suveren reytinqi "sabit" proqnozla "BBB-" səviyyəsində qərarlaşıb, buna güclü xarici iqtisadi göstəricilər və dövlət borcunun aşağı səviyyədə olması təkan verir.
Fitch: Azərbaycanın suveren xarici aktivləri bu il 91 milyard dollara çatacaq
FED.az xəbər verir ki, bu barədə "Fitch Ratings"in baş direktoru, Şərqi Avropanın suveren reytinqləri qrupunun rəhbəri Erik Arispe Morales (Erich Arispe Morales) Bakıda keçirilən "Fitch on Azerbaijan 2026" tədbiri çərçivəsində bildirib.
Agentlik nümayəndəsinin sözlərinə görə, çox güclü xarici balans, öz müqayisə qrupunda ən aşağı dövlət borcu və Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) iri aktivlərinin təmin etdiyi əhəmiyyətli maliyyə çevikliyi ölkənin kredit profilinin güclü tərəfləri olaraq qalır. (Report)












