"Optimal Elektronika" MMC-yə ticarət qaydaları əleyhinə olan (Malların saxlanılması və ya satışı zamanı mal qonşuluğunun, temperatur rejiminin, yaxud satılmış malların dəyişdirilməsi və ya geri qaytarılması qaydalarının pozulması) inzibati xəta protokolu tərtib olunub.
FED.az xəbər verir ki, protokol İnzibati Xətalar Məcəlləsinin 444.2-ci maddəsi ilə irəli sürülüb.
İnzibati Xətalar Məcəlləsinin 444.2-ci maddəsinə görə satılmış malların dəyişdirilməsi və ya geri qaytarılması qaydalarının pozulmasına görə altı yüz manatdan doqquz yüz manatadək məbləğdə cərimə edilir.
İşə Bakı Şəhər Nəsimi Rayon məhkəməsində Azər Tağıyevin sədrliyi ilə baxılır.