"Frozen Products" MMC barəsində gömrük qaydaları əleyhinə olan inzibati xəta protokolu tərtib edilib.
FED.az istinadən xəbər verir ki, bu protokol İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə iddası ilə irəli sürülüb.
Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinə görə, Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə -vəzifəli şəxslər 1 000 manat məbləğində, hüquqi şəxslər 1 500 manat məbləğində cərimə edilir.
İcraatda işə Bakı Şəhər Binəqədi Rayon Məhkəməsində baxılır. İddia hakim Mahirə Kərimovanın sədrliyi ilə araşdırılacaq.
Məhkəmə ilə bağlı baxış iclası 02.02.2023-cü ildə 15:00-a təyin edilib.
Qeyd edək ki,"Frozen Products" MMC 02.05.2016-cı ildə dövlət qeydiyyatına alınıb. Şirkətin nizmanamə kapitalı 300 manatdır. Qanuni təmsilçisi İlkin Qəhrəmanov Məmməd oğludur. Hüquqi ünvanı Az1114, Baki Şəhəri Binəqədi Rayonu, Keçid 1410 6 Mkr, ev 4, m. 113