"Carlsberg Azerbaijan" MMC-yə siyasi, sosial və əmək hüquqları əleyhinə olan inzibati xəta protokolu tərtib olunub.
FED.az xəbər verir ki, protokol İnzibati Xətalar Məcəlləsinin198.3-cü ( Əməyin mühafizəsi qaydalarının pozulması) maddəsi ilə irəli sürülüb.
İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsinə görə bu Məcəllənin 198.2-ci maddəsində nəzərdə tutulmuş əməllər zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda 1500-2000 məbləğdə cərimə edilir.
İş Abşeron Rayon Məhkəməsində hakim Vaqif Həsənovun icraatındadır.