"Fortis Group" MMC barəsində gömrük qaydaları əleyhinə olan (Xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmaması) inzibati xəta cərimə oluna bilər.
FED.az xəbər verir ki, şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə iddası ilə protokol irəli sürülüb.
İnzibati Xətalar Məcəlləsinin 483.-cü maddasinə görə, xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə - inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir.
Qeyd: Bu Məcəllənin 483-cü maddəsində “az miqdarda” dedikdə, iyirmi min manatadək olan məbləğ başa düşülür.
İş AbşeronRayon Məhkəməsinin hakimi Abusət Qasımovun icraatındadır.
Məhkəmə baxış iclası 25 sentyabr 2024-cü il, saat 10:20-yə təyin edilib.
Qeyd edək ki. Azərbaycanın inşaat materialları istehsalı sektorunda fəaliyyət göstərən “Fortis Group” MMC 2004-cü ildən fəaliyyət göstərir və fəaliyyətini təkcə Azərbaycanda deyil həmçinin yaxın region ölkələrində də həyata keçirir. Şirkət öz istehsalını gips əsaslı məhsullar, sement məhsulları, kafel və metlax yapışdırıcıları, aralıq doldurucuları, hidroizolyasiya məhsulları, hazır təmir qarışıqları, boya məhsulları,xammal məhsulları, zəmin-döşəmə məhsulları, fasad məhsulları, astarlar olmaqla 11 istehsal qrupunda cəmləşdirib.