“Bakı Gəmiqayırma Zavodu” MMC-yə gömrük qayadaları əleyhinə olan (Malların emal edilməsi qaydasının pozulması) inzibati xəta protokolu tərtib olunub.
FED.az xəbər verir ki, protokol İnzibati Xətalar Məcəlləsinin 497-ci maddəsi ilə irəli sürülüb.
İnzibati Xətalar Məcəlləsinin 497-ci maddəsinə Malların emal edilməsi qaydasının pozulmasına, yəni icazə olmadan malın emal edilməsi, onların emal edilməsi qaydası və müddətləri, emal məhsullarının hasilat (orta hasilat) norması, emal məhsullarının digər mallarla əvəz edilməsi, dəyişdirilməsi, bu cür malların emal edilməsi üzrə əməliyyatlar aparılması üçün müəyyən olunmuş tələblərə, məhdudiyyətlərə və şərtlərə əməl olunmamasına görə
inzibati xətanın bilavasitə obyekti olan malların dəyərinin otuz faizindən səksən faizinədək məbləğdə cərimə edilir.
İşə Bakı şəhəri Səbail Rayon Məhkəməsində hakim Günel Səmədovanın sədrliyi ilə baxılacaq.