“Cahangir Hacıyevin, Rüfət Aslanlının, Fazil Məmmədovun mülkləri, maşın kolleksiyaları hərraca çıxarılsın və həmin pullar dövlət büdcəsinə, ordan şəhid ailələrin sığorta pulllarına ödənilsin”.
ELƏCƏ DƏ BAX: Araz Ağalarovdan əhaliyə - DOLLAR MƏSLƏHƏTİ
FED.az-ın məlumatına görə, bunu deputat Fəzail Ağamalı parlamentdəki çıxışında bildirib.
Deputat Qarabağ uğrunda müharibədə 24000 vətən övladının şəhid olduğunu qeyd edib: “Mən hesablamışam ki, onların hər birinə kompensasiya verilsə, bu da 264 milyon manat vəsait edir. Bu adamlar öz evlərini, mal-qarasını satıb silah alaraq vuruşublar. Əgər pul yoxdursa, mənbəni deyim.
Cahangir Hacıyevin Londondakı malikənələri, həmçinin Rüfət Aslanlının, Fazil Məmmədovun mülkləri, maşın kolleksiyaları hərraca çıxarılsın və həmin pullar dövlət büdcəsinə, ordan şəhid ailələrin sığorta pulllarına ödənilsin”.
“Rüfət Aslanlının, Fazil Məmmədovun mülkləri satılsın...”
19:15
14 Noy 2018