Azərbaycan Mərkəzi Bankı yanında İpoteka Fondunun (AİF) təşkilati-hüquqi formasını dəyişərək ASC kimi fəaliyyət göstərdiyi son 4 ayda 712 nəfərə ipoteka krediti verilib.
Bununla da Azərbaycanda dövlət xətti ilə ipoteka krediti alanların ümumi sayı 18 497-yə çatıb.
Yeni şərtlərlə kredit alanlara ümumilikdə 45,12 mln. manat borc verilib. Bu isə adambaşına 63,4 min manat deməkdir.
Bununla da, AİF-in məcmu ipoteka porfteli 775,922 mln. manata yüksəlib.
Xatırladaq ki, "Azərbaycan İpoteka Fondu" ASC ötən il avqustun 18-də yaradılıb. Onun nizamnamə kapitalı 307,239 mln. manatdır.