Dollar həftəlik artımı göstəmək fonunda cümə günü artır, lakin yenə də həftənin maksimumlarına çatmır. Bu arada investorlar da ABŞ-dakı pərakəndə satışlar barədə məlumatları və Fedrezerv nümayəndələrinin şərhlərini gözləyir ki, bu da 2016-cı ildə faiz dərəcələrinin artması gözləntilərini möhkəmlədə bilər.
Moskva vaxtı ilə saat 9.09-da dollar indeksi digər altı valyuta səbətinə-rəqiblərinə münasibətdə 0.3% qalxaraq 97.801 təşkil etmişdir.
Bu göstərici cümə axşamı günü alınan 98.129 maksimal göstəricisindən çox aşağıdır. Eyni zamanda dollar hazırda həftə ərzində 1% , ay ərzində isə 2%-dən artıq artmışdır.
Pərakəndə satışlar istehlakın davamlılığına işarə edə bilər. Məlumatlar çıxdıqdan sonra ABŞ FRS-nin rəhbəri Canet Yellenin və Boston FRB-nin rəhbəri Erik Rozenqrenin çıxışları gözlənilir.
Dollar da həmçinin mövqelərini möhkəmləndirmişdir, çünki demokratlar partiyasından ABŞ prezidentliyinə namizəd olan Hillari Klinton ictimaiyyət arasında keçirilən sorğuların nəticələrinə görə Tramp üzərində üstünlüyünü artırmışdır. Bazarlar hesab edir ki, Klintonun 8 noyabr seçkilərində qələbəsi böyük ehtimalla kvo-statusunun qorunub saxlanılması demək olacaqdır.
Dollar yuana münasibətdə 0.4% artaraq 104.08 yuana qədər qalxmışdır, habelə dünən axşam 104.62 yuana çatmış və iyul ayından bəri olan maksimumunu yığmışdır.
Avro isə 0.3%-ə qədər aşağı düşərək 1.1024 dollar təşkil etmişdir.
Funt sterlinq 0.4% düşərək 1.2202 dollara çatmış və volatil həftə ərzində 1.9% itirə bilər.
investing.com©
Yellenin nitqi ilə bağlı gözləntilər fonunda dollar həftəlik artım nümayiş etdirməyə hazırlaşır
13:26
14 Okt 2016